"MYDREAM” MMC və "A MEDİA GROUPE” ortaq istehsalı olan "Sür Əmioğlu” kinokomediyasının çəkilişlərindən qabaq, filmdə oynayacaq ikinci dərəcəli və epizodik obrazlar üçün seçim kastinqini elan edir.
Film üçün oyunçuların seçim kastinqi 31 Mart 2017-ci il tarixində saat 19:00-da "World Business Center” mərkəzinin 12-ci mərtəbəsində yerləşən "BF Group” ofisində keçiriləcək.
"Sür Əmioğlu” filminin lahiyə rəhbəri və eyni zamanda ssenaristlərindən biri olan Vüqar Faiq film haqqında da məlumat verib. Filmin premyera tarixini hələ açıqlamasa da, çəkilişlərə yay ayında başlayacaqları haqqında məlumat verib.
Filmin əsas baş rollarını kimlərin bölüşəcəyi haqqında heç bir məlumat verməyən lahiyə rəhbəri eyni zamanda dörd əsas baş rolun olacağını da vurğulayıb. Filmin komediya janrında olacağını qeyd edən Vüqar Faiq, bu lahiyədə onun ortağı və eyni zamanda tanınmış teleaparıcı Azər Zahid ilə birgə addımlayacaqlarını da vurğulayıb. Filmin çəkilişləri Azərbaycanın Masallı, Lənkəran və Bakı şəhərlərində baş tutacaq.
"Sür Əmioğlu” filmi haqqında gələcək həftələrdə daha dolğun və ətraflı məlumatı bizlərlə paylaşacağını bildirən ssenarist, ürəyində aktyor və ya aktrisa olmaq arzusu olan hər kəsi filmin seçim kastinqində iştiraka səsləyib.
Qeyd etmək istəyirik ki, filmin kastinqində iştrak etmək üçün isə filmin rəsmi instagram (@suremioglufilm) hesabından məlumat ala bilər və ya (050) 2122297 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.