Şuranın dəstəklədiyi ətraf mühitin mühafizəsi haqqında layihə yekunlaşdı

SOSİAL
14:42 09.06.2016
1399
Sumqayıt şəhərində yeniyetmələr və gənclər arasında icra olunan “Yeniyetmə və gənclərin ekoloji problemlər və ətraf mühitin mühafizəsi haqqında məlumatlandırılması” layihəsi yekunlaşıb.
Layihə “İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra olunub.
Tədbir Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə təşkil edilib. Tədbirdə məktəbin şagirdləri və müəllimlər iştirak ediblər.
Layihənin eksperti layihənin məqsədi və əhəmiyyətindən danışıb, ekoloji problemlər və ətraf mühitin mühafizəsi haqqında iştirakçılara məlumat verib.

OXŞAR XƏBƏRLƏR