Suraxanıda motosiklet qəzasında sürücü ağır yaralanıb

Suraxanıda motosiklet qəzasında sürücü ağır yaralanıb
SOSİAL
18:00 04.02.2023
156

Bakının Suraxanı rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

AZXEBER.COM xəbər verir ki, 2000-ci il təvəllüdlü Baxşəliyev Namiq Ağabala oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş beynin ağır dərəcəli əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır./report

OXŞAR XƏBƏRLƏR