Suren Parsyan: Paşinyan hökuməti Ermənistanın borcunu 1,2 milyard artırıb

Suren Parsyan: Paşinyan hökuməti Ermənistanın borcunu 1,2 milyard artırıb
DÜNYA
23:01 29.01.2021
693
"Qarabağ müharibəsinin sosial-iqtisadi nəticələrini azaltmaq, maliyyə və iqtisadi böhrandan çıxmaq üçün Ermənistan yaxın gələcəkdə əlavə vəsait cəlb etməli olacaq. Belə borc yükünü iqtisadi tənəzzül şəraitində əlverişli və sərt olmayan şərtlərlə kredit götürmək çox çətin olacaq”.

Bu barədə iqtisadçı Suren Parsyan bildirib.

"Dövlət borcunun olması istənilən inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkə üçün təbii hadisədir. Məsələ bu borcun nə qədər böyük olması və nə dərəcədə səmərəli idarə olunmasıdır. 2020-ci ildə Ermənistan Respublikasının dövlət borcu 8 milyard ABŞ dollarına çatıb, yəni ümumi daxili məhsulun 63%-i. Hər bir Ermənistan vətəndaşının 2 700 ABŞ dollar borcu var", - Parsyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan idarəçiliyi Ermənistanın borcunu 1,2 milyard ABŞ dolları artırıb.

"Əslində Nikol Paşinyan hökuməti Serj Sarkisyan komandasının borc siyasətini davam etdirir: köhnə kreditlər yeni kreditlərlə örtülür, əsasən beynəlxalq maliyyə təşkilatlarının kreditləri hesabına yollar tikilir", - deyə iqtisadçı Ermənistanın yaxın gələcəkdə sərfəli və qeyri-ciddi şərtlərlə kredit götürməsinin çox çətin olacağından narahatlığını dilə gətirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR