"Sürətlə modernləşən respublikamızın iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir" - İlham Əliyev

"Sürətlə modernləşən respublikamızın iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir" -  İlham Əliyev
SİYASƏT
10:25 11.09.2014
1035
Daim dəyişən dünyamızda dövlətlərin yeni təhlükəsizlik çağırışları ilə üzləşməsi hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələlərinin aktuallığını daha da artırıb.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Bakıda açılan Azərbaycanda və regionda ilk olan I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (ADEX-2014) iştirakçılarına müraciətində deyib.
Müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev oxuyub.
Dövlət başçısı müraciətində bildirib: “Sizi ADEX 2014 - I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışı münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə ölkələrinizin gələcəyi naminə ziyarətinizdə uğurlar arzulayıram. Belə bir sərginin ilk dəfə regionun böyük iqtisadi potensialına malik dövlətlərindən olan müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində təşkili heç də təsadüfi deyildir. Sürətlə modernləşən respublikamızın iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir. Ölkəmizdə 2014-cü il “Sənaye ili” elan olunmuş və cari ilin ötən dövrü ərzində sənayenin bütün istiqamətləri üzrə müsbət nəticələr qazanılmışdır. Bu baxımdan ümidvaram ki, sərgi ənənəvi xarakter alaraq öz əhatə dairəsini davamlı surətdə genişləndirəcəkdir”.
Prezident İlham Əliyev qeyd edib: "Xarici hərbi təcavüz nəticəsində torpaqları işğala və terrorizmə məruz qalmış Azərbaycan Respublikası təhlükəsizliyinin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlıq münasibətlərinin dərinləşməsini hər zaman diqqət mərkəzində saxlayır. Qəbul edilmiş “Hərbi doktrina” çərçivəsində özünün müdafiə potensialını gücləndirərək ümumbəşəri ədalət prinsiplərini bölüşən bütün dost və tərəfdaş dövlətlərlə işbirliyinə yüksək maraq göstərir. İnanıram ki, bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək, mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynaycaqdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - SƏRƏNCAM
14:41 19.05.2025
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - SƏRƏNCAM
Sərxandan xəbərdarlıq: "Mənim gördüyüm işlərdən artıq heç nə etməmisiz"
14:38 19.05.2025
Sərxandan xəbərdarlıq: "Mənim gördüyüm işlərdən artıq heç nə etməmisiz"
"Bunu vaxtilə ATV-nin çörəyini yeyənlər edir" - Zaur iddialara cavab verdi
14:23 19.05.2025
"Bunu vaxtilə ATV-nin çörəyini yeyənlər edir" - Zaur iddialara cavab verdi
Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq
14:17 19.05.2025
Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq
O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI
14:15 19.05.2025
O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI
"Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir"
14:05 19.05.2025
"Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir"
Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı - FOTOLAR
14:03 19.05.2025
Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı - FOTOLAR
"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
13:35 19.05.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
Keçmiş başçının direktor qızı işdən çıxarıldı
13:31 19.05.2025
Keçmiş başçının direktor qızı işdən çıxarıldı
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
13:29 19.05.2025
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
Sergey Lavrov Ermənistana səfər edəcək
13:26 19.05.2025
Sergey Lavrov Ermənistana səfər edəcək
Pakistanda fırtına: 3 nəfər öldü
13:24 19.05.2025
Pakistanda fırtına: 3 nəfər öldü
Bakıda böyük söküntü başlayır - Park salınacaq
13:13 19.05.2025
Bakıda böyük söküntü başlayır - Park salınacaq
Azərbaycan-İran birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
13:08 19.05.2025
Azərbaycan-İran birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
Qatarlarımızın sürəti tənqid edildi: “Özbəkistandan da geridəyik, bizimkilər “Jiquli” sürətindədir"
13:06 19.05.2025
Qatarlarımızın sürəti tənqid edildi: “Özbəkistandan da geridəyik, bizimkilər “Jiquli” sürətindədir"
"Intervideni-2025" müsabiqəsində Rusiyanı o təmsil edəcək
13:05 19.05.2025
"Intervideni-2025" müsabiqəsində Rusiyanı o təmsil edəcək