"Sürix" - "Qarabağ" oyunu: Bu gün saat neçədə, hansı telekanalda?
İDMAN
13:56 27.07.2022
744
"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İsveçrədə "Sürix”in qonağı olacaq. "Letziqrund” stadionunda baş tutacaq oyuna saat 21:00-da start veriləcək. Oyun CBC SPORT telekanalı vasitəsilə canlı yayımlanacaq. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edəcək.
Komandalar arasında Bakıdakı ilk oyunda "Qarabağ” 3:2 hesablı qələbə qazanıb.
Bu cütün qalibi III təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul
21:00. "Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland)
Sürix, "Letsiqrund" stadionu.
İlk oyun - 2:3