"Sürix"in baş məşqçisi "Qarabağ"la oyundan sonra qovula bilər

"Sürix"in baş məşqçisi "Qarabağ"la oyundan sonra qovula bilər
İDMAN
17:28 26.07.2022
283
İsveçrə "Sürix"inin baş məşqçisi Franko Foda istefaya göndərilə bilər.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a mümkün məğlubiyyət avstriyalı mütəxəssisin qovulması ilə nəticələnəcək.

Mövsümə uğursuz start verən Sürix şəhərinin eyniadlı təmsilçisi ölkə çempionatının ilk turunda "Yanq Boyz"a 0:4 hesabı ilə uduzub, II turda isə "Lütsern"lə qolsuz heç-heçə edib.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Köhlən atlar" Bakıdakı ilk görüşdə 3:2 hesablı qələbə qazanıb.
  
///report
OXŞAR XƏBƏRLƏR