“Suriya böhranını biz yaratmamışıq, yükün də yalnız üzərimizə düşəcəyini gözləmək düzgün deyil”

“Suriya böhranını biz yaratmamışıq, yükün də yalnız üzərimizə düşəcəyini gözləmək düzgün deyil”
DÜNYA
23:19 19.07.2022
340
"Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir. Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, PKK, PYD, YPG terroru hamının ortaq problemidir:

"Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Fərat çayının şərqində terror aktları davam edir. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Xüsusilə ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək. Terror təşkilatlarının xarici dəstəyi ilə Suriyanın bölünməsi prosesinə töhfə verir”

Ərdoğan həmçinin suriyalı qaçqınların geri qayıtmasının vacibliyinə də toxunub:

"Astanalı tərəfdaşlarımızın Suriyada sabitliyə nail olmaq üçün səylərimizi dəstəkləyəcəyini gözləyirik.

Mülki yaşayış məntəqələrini hədəf alan hücumlar siyasi həll səylərimizi sarsıdır. İdlibdəki terror təşkilatlarından doğan narahatlığınızı başa düşürük. Türkiyə 3,7 milyon suriyalı qardaş və bacıya ev sahibliyi edir. Bu böhranı biz yaratmamışıq, yükün yalnız bizim üzərimizə düşəcəyini gözləmək düzgün deyil. Suriyalıların hər zamankindən daha çox köməyə ehtiyacı var. BMT-nin davamlı yardımı böhranın qarşısını almağın yeganə yoludur. Ümid edirəm ki, sammit Suriya üçün sülh və əmin-amanlığa töhfə verəcək”.

Onun sözlərinə görə, Türkiyədən 500 mindən çox suriyalı terrorçulardan təmizlənən məntəqələrə qayıdıb:

"Suriyada hər zamankindən daha çox köməyə ehtiyac var. Astanalı tərəfdaşlarımızdan da eyni anlayışı gözləyirik. BMT-nin transsərhəd mexanizmi 6 ay müddətinə uzadılıb. Aydındır ki, bu müddət bütün Suriyaya yardımın planlaşdırılması üçün kifayət deyil. Aydındır ki, yeni əməkdaşlığı inkişaf etdirməyə imkan verən daha çox sammit görüşlərinin keçirilməsi faydalı olardı”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ci işlər naziri Ceyhun Bayramov və Qazaxıstan baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu telefon danışığı zamanı Vaşinqton görüşünü müzaki', 'keywords' => 'Azərbaycan, olunub, naziri, xarici, işlər, müzakirə, arasında, əməkdaşlığın, Qazaxıstan, əldə, zamanı, Qazaxıstanın, inkişafına, olduqları, regional, səfərlərin, vurğulayıblar, etdiyini, xidmət, tutan', ), ), ); ?>
Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO
13:58 14.08.2025
Kəkələmədən natiqliyə: Səhnədə möcüzə yaradan aktyor - VİDEO
Xəzər dənizin sahəsi sürətlə azalır – VİDEO
13:54 14.08.2025
Xəzər dənizin sahəsi sürətlə azalır – VİDEO
İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü
13:47 14.08.2025
İtaliyada gəmi ağır qəzaya uğradı: 27 nəfər öldü
Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi
13:32 14.08.2025
Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi
Tramp və Putin sabah görüşəcək
13:32 14.08.2025
Tramp və Putin sabah görüşəcək
Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
13:31 14.08.2025
Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb
Tramp və Bayden ailələri arasında gərginlik: 1 milyardlıq təzminat davası
13:30 14.08.2025
Tramp və Bayden ailələri arasında gərginlik: 1 milyardlıq təzminat davası
Afaq Bəşirqızı Prezidentə təşəkkür etdi - AÇIQLAMA
13:28 14.08.2025
Afaq Bəşirqızı Prezidentə təşəkkür etdi - AÇIQLAMA
Rusiyada daha bir azərbaycanlı ÖLDÜRÜLDÜ
13:23 14.08.2025
Rusiyada daha bir azərbaycanlı ÖLDÜRÜLDÜ
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi
13:18 14.08.2025
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
12:59 14.08.2025
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
Hollandiyada hava şarı qəzası: Ölən var
12:56 14.08.2025
Hollandiyada hava şarı qəzası: Ölən var
Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı
12:50 14.08.2025
Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı
İki həkim əməliyyat etdi - onkoloji xəstə sağaldı
12:49 14.08.2025
İki həkim əməliyyat etdi - onkoloji xəstə sağaldı
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
12:48 14.08.2025
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Vaşinqton görüşünü müzakirə edib
Taliska "Fənərbağça"dan gedir - Yeni klubu bəllidir
12:41 14.08.2025
Taliska "Fənərbağça"dan gedir - Yeni klubu bəllidir