Suriya Birləşmiş Millətlər Təşkilatına Türkiyə vasitəsilə hərbi-humanitar yardım göndərməyə davam etməyi icazə verib.
AZXEBER.COM "Reuters"a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyanın Türkiyəyə məxsus iki sərhəd qapısından müxalif qüvvələrin nəzarətində olan bölgələrə yardım göndərməsinə icazə verən sənədin daha üç ay uzadıldığını açıqlayıb.
Fevral ayında Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra Suriya BMT-yə üç ay ərzində Türkiyə vasitəsilə yardım göndərilməsinə icazə verib.
Bu müddət üçüncü dəfə 2024-cü il fevralın 13-dək uzadılıb.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən verilən açıqlamada deyilir:
"BMT-nin sərhədyanı əməliyyatı Suriyanın şimal-qərbindəki insanlar üçün xilasedici olmağa davam edir. Hər ay BMT və tərəfdaşları kritik yardım və müdafiə xidmətləri ilə orta hesabla 2.5 milyon insana çatır. BMT-nin Suriyadakı missiyası da BMT-nin Öncüpınar (Bab El Selam) və Çobanbey (El Ra'ee) sərhəd qapılarından istifadə müddətinin uzadıldığını təsdiqləyib.
2014-cü ildən bəri BMT də BMT Təhlükəsizlik Şurasının verdiyi səlahiyyətlə Suriyanın şimal-qərbinə yardım çatdırmaq üçün Cilvegözü (Bab əl-Hava) sərhəd qapısından istifadə edir. Lakin 15 üzvdən ibarət şura bu səlahiyyətin uzadılması ilə bağlı razılığa gələ bilmədikdən sonra həmin səlahiyyət iyulun ortalarında başa çatıb.
Mikayıl