Suriyanın İraq sərhədinə yaxın Əl-Bukamal bölgəsində İranın dəstəklədiyi terror qruplaşmalarına hava hücumu həyata keçirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hücumda baza ətrafına raketlərin düşdüyü öyrənilib və itki ilə bağlı məlumat verilməyib.
Suriyada son günlər ABŞ ordusunun Tenef bölgəsində, İraq sərhədinə yaxın Malikiyye rayonunda, Həsəkə vilayətinin Şəddadi rayonu və Deyr əz-Zor əyalətində yerləşdirildiyi bazalara mənşəyi məlum olmayan hərbi vasitələr (PUA) və silahlı pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edilib.
Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi terror təşkilatı YPG/PKK-nın işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Suriya və İranın dəstəklədiyi qrupların nəzarətindədir.
İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına raket və PUA-larla hücum edir.
İran dəfələrlə İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün ən yüksək səviyyədə çağırış edib.
Oktyabrın 17-də İran lideri Ayətullah Əli Xamenei çıxışında İsrailin hücumlarının davam edəcəyi təqdirdə müqavimət qüvvələrinin hərəkətə keçəcəyini bildirib.
Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da oktyabrın 19-da verdiyi açıqlamada İsrail-Fələstin münaqişəsinin bölgəyə sıçrama ehtimalını dilə gətirib.
Mikayıl