Suriya Ordusu ABŞ hərbçilərinin tərk etdiyi daha bir bazanı nəzarətə götürdü

Suriya Ordusu ABŞ hərbçilərinin tərk etdiyi daha bir bazanı nəzarətə götürdü
DÜNYA
14:23 15.02.2026
314
Suriya Ordusu Haseke əyalətində, Əl-Cəbs neft yatağı yaxınlığında yerləşən Əş-Şəddadi hərbi bazasını nəzarətə götürüb.

Bu barədə SANA Suriya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın nəzarətində olmuş Əş-Şəddadi hərbi bazasından amerikalı hərbi qulluqçuların və döyüş texnikasının mərhələli şəkildə çıxarılmasına keçən il aprel ayından başlanılmışdı.

Xatırladaq ki, bundan əvvəl Suriya Ordusu ABŞ hərbçilərinin tərk etdiyi əl-Tənf hərbi bazasını nəzarətə götürüb.
OXŞAR XƏBƏRLƏR