Suriya ordusu və SDQ arasında qarşıdurma yaşanıb

Suriya ordusu və SDQ arasında qarşıdurma yaşanıb
DÜNYA
19:51 06.01.2026
105
Suriya ordusunun hərbçiləri və "Suriya Demokratik Qüvvələri” arasında silahlı toqquşma yaşanıb.

Nəticədə Suriya təhlükəsizlik qüvvələrindən bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Toqquşmalar Hələb şəhərində qeydə alınıb.

Suriyanın Müdafiə Nazirliyi hücumun SDQ tərəfindən həyata keçirildiyini və bunun hökumətlə silahlı qruplaşma arasında olan razılaşmalara zidd olduğunu vurğulayıb.

Qeyd edək ki, SDQ ötən ilin sonuna qədər Suriya ordusuna inteqrasiya edilməli idi.
 
///apa
OXŞAR XƏBƏRLƏR