Suriyada yeni administrasiya altında ilk parlament seçkilərinin sentyabr ayında keçiriləcəyi gözlənilir.
Bunu seçki prosesinin rəhbəri Mohammed Taha bildirib.
Mohammed Taha əlavə edib ki, Xalq Məclisində səsvermənin sentyabrın 15-dən 20-dək keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd devrildikdən sonra onu devirən hərəkatın lideri Əhməd əl-Şaraa ölkənin müvəqqəti prezidenti təyin edilib.
//Unikal