“Twitter” sosial şəbəkəsində Suriya prezidenti Bəşər Əsədin Rusiyaya qaçdığı barədə xəbər yayılıb.Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Bəşər Əsəd Türkiyənin hava məkanından kənar marşrutla, Yunanıstan, Kipr, Bolqarıstan və Moldovanın hava məkanından keçməklə Rusiyaya gəlib.Sosial şəbəkədə hətta Bəşər Əsədi Moskvaya gətirən reysin nömrəsi və təyyarənin tipi də yazılıb. Suriya prezidentinin RB441 reysi ilə uçan “Syrian Airlines Airbus A320” tipli təyyarədə olduğu və təyyarənin Moskvanın “Vnukovo” Beynəlxalq Aeroportuna endiyi iddia olunur.