ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, daimi yaşayı hüququnu ölkəyə humanitar əsaslarla gələn müvəqqəti yaşayış hüququ olan bütün suriyalılar ala biləcək.Əvvəllər İsveçə sığınacaq üçün müraciət etmiş suriyalıların sadəcə yarısı müvəqqəti yaşayış hüququ alırdılar. Bu və ya digər insana humanitar sığınacaq verməyi zəruriliyini Miqrasiya üzrə dövlət bürosu qiymətləndirəcək. Çünki Suriyada vəziyyət ağırlaşır və hələ uzun müddət ağır və qeyri-müəyyən olaraq qalacaq. Buna görə, təxminən səkkiz min suriyalı İsveç sakini olmaq qazanacaq və ailələrini də bura gətirəcək.BMT-nin sonuncu məlumatına əsasən, Suriyada vətəndaş müharibəsindən başqa ölkələrə 2milyondan çox adam qaçıb. Hazırda, İsveçin əhalisi azı 10 milyon nəfərdir.