Suriya qaçqınlarını Fransada yerləşdirəcəklər

DÜNYA
12:00 17.10.2013
1041

Fransa prezidenti 500 suriyalı qaçqının ölkəsində qəbul edilməsinə razılıq verib.

AZXEBER.COM verdiyi xəbərə görə, Fransa prezidenti Fransua Olland BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) xahişi ilə 500 suriyalı qaçqının Fransada qəbul edilməsinə rəsmən razılıq verib. Bu barədə BMT QAK-ın Fransadakı nümayəndəsi Filipp Leklerk mətbuata məlumat veib. O deyib ki, bu razılıq Ali Komissar Antonio Guterresin Fransa prezidenti ilə telefon danışığı zamanı əldə olunub. Filipp Leklerk Avropa İttifaqına üzv dövlətlərin 2013-cü ildə 10, 2014-cü ildə isə 30 min suriyalı qaçqını qəbul edəcəklərini bildirib.

OXŞAR XƏBƏRLƏR