Suriya qoşunları Livan sərhədində qaçaqmalçıların bazalarını məhv edib

Suriya qoşunları Livan sərhədində qaçaqmalçıların bazalarını məhv edib
DÜNYA
01:46 11.02.2025
476

Suriya keçid hökumətinin qoşunları Livan sərhədində narkotik ticarəti və qanunsuz silah qaçaqmalçılığı ilə məşğul olan bazaları məhv edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya DİN-in sərhəd idarəsinin bəyanatında deyilir.

Əməliyyat əl-Quseyr şəhəri ətrafındakı yeddi yaşayış məntəqəsində keçirilib və "Hizbullah" qruplaşması ilə əlaqəli silahlı dəstələr zərərsizləşdirilib.

Əməliyyata rəhbərlik edən DİN rəsmisi Muayyad əs-Salamanın SANA agentliyinə bildirdiyinə görə, Suriyanın əvvəlki hökuməti "Hizbullah" ilə birlikdə Livan sərhədini "narkotrafik dəhlizinə" çevirib.

OXŞAR XƏBƏRLƏR