Suriya təşkilatı muzdluların Ermənistana aparıldığını təsdiqlədi

Suriya təşkilatı muzdluların Ermənistana aparıldığını təsdiqlədi
DÜNYA
14:47 01.10.2020
1790
Erməni əsilli suriyalı muzdlular Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşlərdə iştirak edirlər.
Bu barədə "Suriya İnsan Haqları Müşahidəçiləri" (Syrian Observatory Human Rights - SOHR) təşkilatı məlumat yayıb.

"Erməni əsilli suriyalı döyüşçülərin Azərbaycana qarşı döyüşlərdə iştirak üçün Ermənistana aparıldığı barədə məlumatlar var", - deyə açıqlamada deyilir.

SOHR, həmçinin bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib: "Mənbələrimiz Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir". /// azvision
OXŞAR XƏBƏRLƏR