Suriya Türkiyə üzərindən yardıma icazə verdi

Suriya Türkiyə üzərindən yardıma icazə verdi
DÜNYA
12:04 12.02.2024
119
Suriya BMT-nin Türkiyədən yardımın çatdırılmasına davam etmək icazəsini daha üç ay uzadıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri BMT-nin Türkiyənin iki sərhəd qapısından ölkənin şimal-qərbində müxaliflərin nəzarətində olan bölgələrə yardım çatdırmaq icazəsinin daha üç ay müddətinə uzadıldığını açıqlayıb.

2023-cü ilin fevralında Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra Suriya administrasiyası BMT-yə üç ay müddətinə Türkiyə sərhəd qapılarından yardım göndərməyə icazə verib. 

Bu icazə müddəti dördüncü dəfə 2024-cü il mayın 13-dək uzadılıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR