AZXEBER.COM-un məlumatına görə, ordu qüvvələri üsyançıların bir neçə həmləsinin qarşısını ala biliblər. «Əl-ihbariyə» telekanalının verdiyi məlumata görə, döyüşlər bir neçə istqamətdə, o cümlədən Fələstin qaçqınlarıının yerləşdiyi «Əl Vəfadin» düşərgəsinin yaxınlığında gedir. Nava rayonu ərazisində, hərbçilərin müntəzəm istifadə etdiyi yolda mina zərərsizləşdirilib.
Bu arada Əlcəzair Suriya münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Məlumatı «Əş-Şürük» qəzeti yayıb. Bildirilir ki, məsələ Suriya nümayəndə heyətinin Əlcəzairə səfəri zamanı müzakirə edilib.