uriyada Əsəd qüvvələrinin müxalifət qoşunlarına qarşı havadan və qurudan həyata keçirdiyi hücumlar nəticəsində 50 nəfər həlak olub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölənlərdən 2 nəfərinin azyaşlı uşaq, 3 nəfərinin qadın, o cümlədən də müxalifət qüvvələrinə məxsus 19 silahlının olduğu bildirilir.Suriya İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, hücumlar nəticəsində paytaxt Şam yaxınlığında 18 nəfər, Deyruz Çətin və Hümus şəhərlərində 9 nəfər, Həmada 6, Rəkkada 5, İdlibdə 2 və Dera şəhərində isə 1 nəfər həlak olub.Suriya Yerli Koordinasiya Komitəsi bildirir ki, Rəkka Hərbi Təhlükəsizlik Şöbəsinin rəisi, polkovnik Samir Əli Məhəmməd və şəhərdəki 17-ci hərbi hissənin komandiri, general Ala Rəcəbi silahlı qruplar tərəfindən qətlə yetirilib.Azad Suriya Ordusunun Deyruz Çətin şəhərindəki hərbi aerodroma hücumu nəticəsində isə Əsəd qüvvələri ciddi tələfat verib. Hələb şəhərində baş verən döyüşlərdə isə Mərkəzi Həbsxananın müxalif birliklər tərəfindən ələ keçirildiyi bildirilir.Hələb şəhərinin cənubundakı Sifeyra rayonunda isə hökumət qoşunlarının 3 tankı və xeyli sayda hərbi texnikası məhv edilib.