Suriyada İŞİD-in yüksək rütbəli üzvü öldürüldü

Suriyada İŞİD-in yüksək rütbəli üzvü öldürüldü
DÜNYA
13:46 20.06.2024
110
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamada terror təşkilatı DEAŞ-ın yüksək rütbəli rəsmilərindən olan Usamə Camal Məhəmməd İbrahim əl-Cenabinin hava hücumu nəticəsində öldürüldüyü bildirilib. 

AZXEBER.COM xəbər verir ki, hava hücumunda mülki vətəndaşların zərər çəkmədiyi vurğulanıb.

 "Onun ölümü terror təşkilatının hücumları üçün resursları təmin etmək və terror aktları həyata keçirmək imkanlarını pozacaq”, - deyə məlumatda bildirilir. 

Bildirilib ki, ABŞ əsgərləri İŞİD-in əməliyyat gücünü zəiflətmək üçün bölgədəki müttəfiqləri və tərəfdaşları ilə birgə əməliyyatları davam etdirəcəklər.

Ayşən
OXŞAR XƏBƏRLƏR