Suriyada iğtişaşlar: Ölənlər var

Suriyada iğtişaşlar: Ölənlər var
DÜNYA
18:56 28.12.2025
124
Suriyanın qərbindəki Latakiya və Tartus əyalətlərində baş verən iğtişaşlar zamanı azı üç nəfər həlak olub, 55 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.

Kanalın məlumatına görə, ölənlər arasında ölkənin təhlükəsizlik qüvvələrinin bir üzvü də olub.

Qeyd edək ki, Suriya Ali Ələvi İslam Şurasının rəhbəri Şeyx Qəzəl etirazlara çağırış edib. Etirazçılar hakimiyyət tərəfindən əvvəllər həbs olunmuş fəalların azad edilməsini tələb ediblər.
OXŞAR XƏBƏRLƏR