Suriyanın Haseke əyalətində zirehli avtomobilin partladılması nəticəsində Rusiyanın 1 hərbi qulluqçusu həlak olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, partlayış zamanı həmçinin daha 3 hərbçi yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdirilib.