Yanvarın 8-də Suriyanın Hələb şəhərində güclü partlayış baş verib.
AZXEBER.COM-un Oxu.Az-a istinadən məlumatına görə, hadisənin videosu terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan "Directorate 4” Telegram kanalı yayıb.
"Hayat Tahrir əş-Şam” qruplaşması minalanmış avtomobili əsasən Şimali Qafqazdan olan yaraqlılardan ibarət "Ajnad Qafqaz” qruplaşmasının qərargahının yaxınlığında park ediblər.
Qeyd olunur ki, partlayış nəticəsində 29-yə yaxın ölən və 30 nəfərə yaxın yaralanan var.