Suriyada Rusiyanın iki vətəndaşı oğurlandı

Suriyada Rusiyanın iki vətəndaşı oğurlandı
DÜNYA
09:34 18.12.2012
1145

Rusiya səfirliyi iki vətəndaşının Suriyada oğurlanmasının təsdiqləyib.

«Tartus-Homs yolunda üç nəfə qaçırılıb. Onlardan biri Rusiya, ikincisi Rusiya-Suriya, üçüncü isə İtaliya vətəndaşıdır»-deyə, səfirliyin mətbuat attaşesi Sergey Markov bildirib.

Olayın Latakiya şəhərində baş verdiyi haqda məlumat yayılıb. Oğurlananlar oradakı poladəritmə zavodunda işləyirmiş.

Xatırladan ötən gün axşam Moskvanın Dəməşqdəki səfirliyi Suriyada Rusiya vətəndaşının oğurlanmasını araşdırdıqlarını bildirmişdi.

Bu haqda səfirliyin mətbuat attaşesi Sergey Markov açıqlama vermişdi.

«Biz bu xəbəri yoxlayırıq. Hazırda Rusiya vətəndaşının oğurlanması barədə bizə heç bir informasiya daxil olmayıb»-deyə, attaşe söyləmişdi.

Dekabrın 17-də isə İtaliyanın «Sky TG24» telekanalı iki Rusiya və İtaliya vətəndaşının məlum olmayan şəxslər tərəfindən oğurlandığına dair xəbər yaymışdı.

İtaliya Xarici İşlər Nazirliyin məlumatına da isə bildirilib ki, Suriyanın Latakiya şəhəri yaxınlığında poladəritmə zavodunun üç əməkdaş, o cümlədən italiyalı mühəndis Mario Belluomo oğurlanıb.

Cari ilin oktyabrın isə bu ölkədə Rusiya telekanallarından biri ilə əməkdaşlıq edən ukraynalı jurnalist Anxar Koçneyeva qaçırılmışdı.//Lent.az

OXŞAR XƏBƏRLƏR