Suriyanın İdlib bölgəsində Rusiyaya məxsus təyyarənin müxalif qüvvələr tərəfindən vurulduğu açıqlanıb.
Məlumatı İnsan Hüquqları Monitorinq Mərkəzinin rəhbəri Rami Əbdülrəhman verib.
Onun sözlərinə görə, hərbi təyyarənin pilotu sağ qalıb və döyüşçülər tərəfindən girov götürülüb.
Məlumata hələlik Rusiya tərəfindən münasibət bildirilməyib.
qafqazinfo