Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR

Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
DÜNYA
15:31 23.09.2026
131
Suriyada qadın polis tarixində ilk yaşanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 22-də paytaxt Dəməşqdə Qadın Polis İnstitutunun ilk kursunda təhsil alan qadın polis əməkdaşlarının məzuniyyət mərasimi keçirilib.

Mərasimdə məzunlar polis formalarında iştirak ediblər. Rəsmi proqram çərçivəsində andiçmə və məzuniyyət tədbirləri keçirilib.

Qadın Polis İnstitutunun ilk məzunlarının Suriyanın polis teşkilatında qadınların təlim keçmiş kadrlar kimi fəaliyyətə başlaması baxımından yeni mərhələnin başlanğıcı olduğu bildirilib.

Təhsilini başa vuran qadın polis əməkdaşlarının məzuniyyətdən sonra ölkənin polis teşkilatında xidmət edəcəkləri qeyd olunub.

Dəməşqdə keçirilən mərasimdə çoxsaylı qonaqlar və rəsmilər də iştirak ediblər.
 
Gülay

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR