Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin zirehli maşın karvanına hücum olub. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Amma hərbi avtomobillərə zərər dəyib. Hücum uzaqdan idarə edilən bomba ilə həyata keçirilib.