Suriyada vəziyyət dahada gərginləşir

DÜNYA
15:07 22.03.2012
2285
Suriyada vəziyyət gərgin olaraq qalır. Suriya yerli kordinasiya komtisənin verdiyi məlumata görə, ötən gün paytaxt Dəməşqlə yanaşı Hələb şəhərində ardıcıl partlayışlar törədilib.
 Partlayışlar nəticəsində azı 27 nəfər öldürülüb. Məlumata görə, Dəməşq şəhərində törədilən partlayış hökumətin kəşfiiyyat binası yanında baş verib. "Əl-Nüsrə" cəbhəsi adlı silahlı qruplaşma özlərinin vebsaytında hadisəyə görə məsuliyyəti üzərlərinə götürdüyünü bildirib. ABŞ hökuməti isə hadisəyə görə, "Əl-Qaidə" qruplaşmalarını günahlandırıb. Ölkədə davam edən zorakılıq kadrları isə gəlməkdə davam edir. Ötən gün Həma şəhərində çəkilmiş yeni həvəskar kadrlarda Əl Mədiq qalasının təhlükəsizlik qüvvələri tərəfindən atəşə tututlması görüntüləri yayımlanıb. Homsda çəkilmiş kadrlarda isə yola uzanmış yaralı şəxsin xilas edilməsi görüntüləri nümayiş etdirlib. Məlumata görə o snayper gülləsinə tuş gəlib.Fəalların sözlərinə görə, təhlükəsizlik qüvvələri ilə azad Suriya ordusunun əsgərləri arasında döyüşlər paytaxt Dəməşqdə və Homs şəhərində aramsız davam edir. Lakin məlumata görə, Azad Suriya Ordusunu silah ehtiyatı artıq tükənmək üzərədir.BMT-nin növbəti iclasında isə Suriya hökumətinə və müxalif qüvvələrə ölkədə zorakılığa son qoymaqla bağlı növbəti çağırış ünvanlanıb. İclasda, həmçinin, Suriyada zorakılığa son qoyulması ilə bağlı 6 maddəlik sülh planı qəbul edilib. Plan BMT-nin 15 nümayəndəsi, həmçinin, Rusiya və Çin tərəfindən təsdiqlənib. Plana əsasən, 1. Suriya hökuməti xalqın tələblərinə uyğun olaraq xüsusi təmsilçi ilə çalışmağı üzərinə öhdəlik götürməli və müzakirələrin başladılması üçün razılıq verməli; 2. Suriyada davam edən əməliyyatlara son qoymalı; 3. xəsarət alan insanlara humanitar yardım edilməsi üçün hər gün 2 saatlıq atəşkəs etməli; 4. səbəbsiz yerə həbs edilən məhbusları azad edilməli; 5. jurnalistlərə sərbəst işləməyə imkan verməli; 6. sərbəst toplaşmaq və aksiyalar keçirmək üçün xalqa şərait yaratmalıdır.Onu da qeyd edək ki, BMT-ni hesablamlaraına görə, Suriyada ötən ilin mart ayından etibarən başlayan iğtişaşlarda ölənlərin sayı 8000-i ötüb. Müxalifət isə minlərlə insanın həbs edilərək işgəncələrə məruz qaldığını bildirib. Türkiyə isə ötən gün ölkəyə keçən suriyalı qaçqınların sayının 29 mini keçdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb