Suriyada yeni hökumət açıqlandı - İlk və tək qadın nazir odur

Suriyada yeni hökumət açıqlandı - İlk və tək qadın nazir odur
DÜNYA
10:13 30.03.2025
187
Suriya lideri Əhməd əl-Şaraa ölkədə yeni hökumətin formalaşdığını elan edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, keçid hökumətinin xarici işlər naziri Əsaad Həsən əş-Şibani və müdafiə naziri Murxaf Əbu Kasra yeni kabinetdə öz vəzifələrində qalıb.

Daxili İşlər naziri vəzifəsinə Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri olmuş Anas Həsən Xattab təyin edilib.

Maraqlı təyinatlardan biri isə Hind Kabavatın adı ilə bağlıdır. Tanınmış insan haqları fəalı sosial işlər və əmək naziri təyin edilib. Bununla da o, keçid hökumətin ilk və tək qadın naziri olub.

Hind Kabavat, Suriyalı insan haqları müdafiəçisi, sülh fəalı və diplomatdır. Kabavat Harvard və Tufts universitetlərində çalışıb və Suriya böhranı ilə bağlı beynəlxalq danışıqlarda iştirak edib. Hind Kabavat devrilmiş Bəşər Əsəd hakimiyyətinin ən sərt tənqidçisi kimi də tanınıb. Kabavat eyni zamanda, Suriyada xristian azlığının üzvüdür.
OXŞAR XƏBƏRLƏR