Suriyada illərdir davam edən vətəndaş müharibəsi sona çatdıqdan sonra Homsda yaşayan insanlar yenidənqurma işlərinə səfərbər olublar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, paytaxt Dəməşq və Hələbdən sonra 3-cü böyük şəhər olan Homsda mülki əhali yeni dövrə keçir.
Elektrik enerjisinin olmadığı şəhərdə suriyalılar Əl-Şüheydə meydanındakı Xalid bin Velid məscidinin həyətində toplaşaraq günlərini keçirirlər.
Müxalif qrupların Əsəd rejimini devirməsindən sonra illərdir atəş altında qalan Homsda böyük dağıntılar ortaya çıxsa da, bəzi binaların dağıdıldığı, bəzilərində isə ağır güllə izlərinin olduğu görülüb.
Mikayıl