Günlərdir ac qalan suriyalı son dəfə nə vaxt yemək yediyini xatırlamır
Vətəndaş müharibəsinin davam etdiyi Suriyadan görənləri dəhşətə gətirən video-çarx yayılıb.Sosial şəbəkələrdə yayılan video görüntüdə günlərlə ac qalmış kişi nümayiş olunur.Olduqca zəif olan və bədəninin sümükləri görünən kişinin verdiyi cavab isə daha dəhşətlidir.Jurnalistin, neçə gündür yemək yemirsən? – sualına çarəsiz kişi, son dəfə nə vaxt yemək yediyimi özüm də bilmirəm – deyə cavab verib.Bir neçə gün əvvəl Suriyada “Bəəs” rejiminin dinc əhaliyə işgəncə etməsini əks etdirən 11 000 foto şəkil yayılmışdı.