Suriyadan İsrailə top mərmiləri atılıb

Suriyadan İsrailə top mərmiləri atılıb
DÜNYA
12:24 11.10.2023
184
İsrail Ordusu şimal qonşusu Suriyadan ölkə ərazisinə çoxlu sayda artilleriya mərmisi atıldığını açıqlayıb. 

AZXEBER.COM xəbər verir ki, açıqlamada top mərmilərinin bir hissəsinin İsrail ərazisinə çatdığı və açıq ərazilərə düşdüyü qeyd edilib.

"Reuters”in məlumatına görə, Suriyanın cənubunda bir şəxs bu mərmilərin fələstinli qrup tərəfindən atıldığını bildirib. Mənbənin bildirdiyinə görə, qrup üç topla atəş açıb.

Ordu daha sonra verdiyi açıqlamada, əsgərlərin Suriyadakı atış nöqtəsinə artilleriya bombardmanı və minaatan atəşi ilə cavab verdiyini bildirib.

Ətraflı məlumat verməyən ordu dağıntı və yaralananlar barədə məlumat verməyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR