Suriyadan Türkiyəyə 70 mindən çox qaçqın keçib

DÜNYA
10:43 22.09.2014
845

uriyanın Türkiyə ilə sərhəd Kobani şəhərindən Türkiyəyə sığınan qaçqınları Şanlıurfa vilayətində məktəblərə yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, ötən gün 70 mindən çox suriyalı sərhəd-buraxılış məntəqəsində qeydə alınıb. Qaçqınların əksəriyyəti, Kobanidə İŞİD zorakılıqlarına məruz qalan insanlar olub.Qaçqın suriyalılar Türkiyə sərhədlərini keçməyə çalışarkən İŞİD silahlıları tərəfindən təqdib olunduqlarını və başlarına bomba yağdığını, dəhşətli anlar yaşadıqlarını bildiriblər.Məlumata görə, İŞİD silahlıları hazırda Kobanidə 20 kəndi nəzarət altında saxlayır.Ümumilikdə, Türkiyədə 850 mindən çox suriyalı qaçqın qeydiyyatdadır.

OXŞAR XƏBƏRLƏR