Suriyadan Türkiyəyə daxil olmaq istəyən terrorçu sərhəddə yaxalanıb

Suriyadan Türkiyəyə daxil olmaq istəyən terrorçu sərhəddə yaxalanıb
DÜNYA
18:45 13.08.2023
205
Suriyadan Türkiyəyə keçməyə cəhd edən PKK/PYD terror təşkilatının bir üzvü Şanlıurfanın Suruç rayonunda saxlanılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyinə dair kəşfiyyat məlumatından sonra təhlükəsizlik qüvvələri sərhəd xəttində tədbirləri gücləndirib.

Onlar terror təşkilatı PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçunu sərhəd xəttində yaxalayıb.

Terrorçu haqqında cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR