Suriyalı qardaşlar 7 il sonra Həcc ziyarətində qarşılaşdılar - VİDEO

Suriyalı qardaşlar 7 il sonra Həcc ziyarətində qarşılaşdılar - VİDEO
DÜNYA
20:22 19.08.2018
4956
Suriyada vətəndaş müharibəsi səbəbindən ayrılan qardaşlar yeddi il bir-birinin üzünə həsrət qalıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, yeddi illik həsrət Həcc ziyarətində bitib.

İki qardaş Məkkədə qarşılaşıb. Sosial mediada yayılan görüntülərdən aydın olur ki, onlar bir-birini görəndə ağlamağa başlayıblar və qucaqlaşıblar.

Qardaşların qovuşması və ağlaması digər hacıları da göz yaşlarına boğub.
Məlumata görə, qardaşlardan biri İordaniyada yaşayır, digəri isə Suriyada həyatına davam edir.


OXŞAR XƏBƏRLƏR