Türkiyənin ardınca getdiyi Suriyada zəlzələ bölgələrini ziyarət edən BMT-nin humanitar yardımdan məsul yüksək səviyyəli rəsmisi Martin Griffiths xilasetmə işləri ilə bağlı açıqlamalar verib.
AZXEBER.COM xəbər verir ki, Suriyanın şimal-qərbində Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin sayı 4300-ü keçərkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar yardımdan məsul yüksək səviyyəli rəsmisi Martin Griffiths xilasetmə mərhələsinin sona yaxınlaşdığını söyləyib.
Qeyd edək ki, Suriyanın şimal-qərbində baş verən zəlzələlər nəticəsində həyatını itirənlərin sayı indiyədək 4300-ü keçib, 7600-dən çox insan isə yaralanıb.
Ayşən