Ər-Riyadın terrorçu hesab etdiyi təçkilatlara dəstək göstərənlər 5 ildən -30 ilə qədər azadlıqdan məhrum ediləcək.
Səudiyyə Ərəbistan Suriyaya və digər münaqişə ocaqlarına gedənlərlə bağlı sərt addım atıb. Səudiyyə ərəbistanın öz təşəbbüsləri ilə xarici ölkələrdə döyüşən vətəndaşlarına 3 ildən 20 ilədək cəza tətbiq edəcək.Yeni hökumətin sərəncamına əsasən həmçinin rəsmi Ər-Riyadın terrorçu hesab etdiyi təçkilatlara dəstək göstərənlər 5 ildən -30 ilə qədər azadlıqdan məhrum ediləcək.Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyinin hesablamalarına görə, ölkənin 1200-ə yaxın vətəndaşı Suriyaya yollanaraq mücahidlərə qoşulub. Rəsmi Ər-riyad Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan bir sıra suriyalı müxalif qruplaşmanı dəstəkləsədə, Səudiyyəmlərin münaqişədə iştirakını təqdir etmir.