‘Suriyaya hərbi müdaxiləyə qərar vermişəm’ - Obama

DÜNYA
00:42 02.09.2013
1333

Obamanın çıxışını Suriya dövlət televiziyası da canlı yayımlayıb

ABŞ prezidenti Barak Obama bildirib ki, o, kimyəvi silah hücumlarına görə Birləşmiş Ştatların Suriya hökumətinə qarşı hərbi addım atmasına dair qərar verib. Bu gün Ağ Evdə televiziya vasitəsilə çıxış edən prezident Obama deyib ki, qeyri-məhdud hərbi müdaxilə olmamalıdır və ABŞ quru qoşunları Suriyaya göndərilməyəcək. Obamanın sözlərinə görə, genişliyi və müddəti baxımından Birləşmiş Ştatlar hərbi müdaxiləsi məhdud olacaq. Ancaq prezident deyib ki, onun bu qərarı Konqres tərəfindən təsdiq edilməyənədək heç bir hərbi müdaxilə həyata keçirilməyəcək. Prezidentin sözlərinə görə, kimyəvi silahla edilmiş "vəhşilik" yalnız araşdırılmamalıdır, həm də ona cavab verilməlidir. O deyib ki, Birləşmiş Ştatlar Dəməşqdə baş verənlərə göz yuma bilməz. Prezident habelə Konqres üzvlərini ABŞ-ın Suriyaya cavabını nəzərdən keçirərkən bəzi şeylərin partiyalararası fikir ayrılığından daha vacib olduğunu nəzərə almağa çağırıb. Daxil olan məlumatlara görə, Barak Obamanın çıxışını Suriya dövlət televiziyası da canlı yayımlayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu