Suriyaya hücum oldu: Ölənlərin sayı artdı, matəm elan edildi

Suriyaya hücum oldu: Ölənlərin sayı artdı, matəm elan edildi
DÜNYA
18:54 06.10.2023
458
Suriyanın Homs şəhərində hərbi məktəbi hədəf alan hücumda ölənlərin sayı 89-a yüksəlib.

AZXEBER.COM xəbər verir ki, Suriyada ötən gün Humus şəhərində hərbi məktəbin məzuniyyət mərasimində baş verən hücumda həyatını itirənlər üçün dəfn mərasimi keçirilib.

Ölkədə 3 günlük matəm elan edilərkən, bu gün səhər saatlarına olan məlumata görə həyatını itirənlərin sayı 89, yaralıların sayı isə 277-dir.

Suriya Səhiyyə Nazirliyi hücum zamanı ölənlərin sayının 5-i uşaq, 31-i qadın olmaqla 89-a yüksəldiyini açıqlayıb.

Gülay
OXŞAR XƏBƏRLƏR