Sürücü Bakının mərkəzində "avtoşluq" etdi: Qırmızı işıqda... - VİDEO

Sürücü Bakının mərkəzində "avtoşluq" etdi: Qırmızı işıqda... - VİDEO
SOSİAL
01:10 13.01.2023
369
Bakıda axşam saatlarında təhlükəli manevrlər edən sürücü aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Belə ki, naməlum avtomobilin sürücüsü Zivərbəy Əhmədbəyov küçəsi istiqamətindən Bakıxanov küçəsilə hərəkətdə olarkən nəqliyyat vasitələrinə təhlükə yaradan manevrlər etməyə başlayıb. Nəticədə sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub, o həmçinin qırmızı işıqda hərəkət edib. 

Qeyd edək ki, bu cür hallarla bağlı İnzibati Xətalar Məcəlləsində 511-ci maddə yer alır. Müvafiq olaraq göstərilir ki,

511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə:

511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə;

511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə;

511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Həmin görüntünü təqdim edirik:
 
Mikayıl
 
OXŞAR XƏBƏRLƏR