Sürücü nazirə şikayət etdi, yekəqarın yol polisi işdən qovuldu

Sürücü nazirə şikayət etdi, yekəqarın yol polisi işdən qovuldu
SOSİAL
14:40 15.02.2017
15581
”Əcəb edirəm, lap gözünü də tökürəm, sözün var?" deməyinə peşman oldu Daxili işlər naziri Ramil Usubov haqqında şikayət edilən Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşını işdən qovub.
 
AZXEBER.COM xəbər verir ki, bakipost.az-a daxil olan məlumata görə, 2017-ci ilin yanvar ayında Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə öz şəxsi avtomobiliylə hərəkət edən Həbib Nuruşov adlı Bakı sakini həmin vaxt ərazidə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb. Onun idarə etdiyi "BMW" markalı, 10 VP 102 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasına səbəb isə yol hərəkəti qaydalarını pozması olub.
 
H.Nuruşov ona yaxınlaşan Vüqar Abbasov adlı polis əməkdaşına qaydanı pozduğunu etiraf edib və buna görə cəriməni ödəməyə hazır olduğunu deyib. Sürücü polislərdən ”eyni yol hərəkəti qaydasını məndən əvvəl və sonra pozan sürücüləri hansı səbəbdən saxlamırsınız” sualını verdikdə isə təhqir edilib. Yol polisləri H.Nuruşova vəziyyəti izah etmək əvəzinə, kobud şəkildə ”əcəb edirəm, lap gözünü də tökürəm, sözün var? Get kimə istiyirsən de!”, – deyə cavab veriblər.
 
Həbib Nuruşovun vəkili, hüquq müdafiəçisi Səməd Vəkilov saytımıza açıqlamasında bildirib ki, bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlanıb. Bundan sonra isə Bakı şəhər Baş Polis İdarəsindən sürücünün müraciətinə cavab verilib. Cavab məktubunda qeyd olunub ki, şikayət olunan polis zabitlərini əməlləri araşdırılıb və polis zabitlərindən biri Vüqar Abbasovun işdən azad edilməsiylə bağlı qərar verilib. Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin polis zabiti ilə bağlı dəfələrlə şikayət edilib.
 
Avtosfer.az-ın əldə etdiyi məlumata görə isə bir neçə gün əvvəl daxili işlər naziri Ramil Usubov Bakıda yol polisi əməkdaşlarının sıra baxışını keçirərkən inspektor Vüqar Abbasov və daha bir neçə əməkdaşda xeyli qüsurlar aşkar edilib. Vüqar Abbasovun işdən azad olunması da elə bununla əlaqədardır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
16:09 12.08.2025
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
16:07 12.08.2025
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
15:49 12.08.2025
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
15:38 12.08.2025
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
15:29 12.08.2025
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək