“Sürücülər karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər” - DANX

“Sürücülər karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər” - DANX
SOSİAL
10:20 25.03.2020
2354
Hazırda respublika üzrə 617 marşrut xətti şəhərdaxili və rayondaxili fəaliyyətini davam etdirir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova AZXEBER.COM-a bildirib ki, xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər:

"DANX olaraq sərnişinlərin qaydalara uyğun gediş gəlişini fasiləsiz təmin edəcəyik. Ancaq o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq heç bir zərurət yoxdursa, evlərimizdən çıxmayaq. Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır. Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlir düşünmədən çalışacaqlarını bildirdilər”.

OXŞAR XƏBƏRLƏR