Sürücülərə ŞAD XƏBƏR - Bu markalı benzin UCUZLAŞACAQ

Sürücülərə ŞAD XƏBƏR - Bu markalı benzin UCUZLAŞACAQ
SOSİAL
23:14 13.12.2023
5046
Hesablama Palatası Dövlət Neft Fondunun (DNF) gələnilki büdcəsi barədə rəyini yayımlayıb. Büdcə göstəricilərinə görə, gələn il ADNF-yə 12 milyard 73 milyon manatın daxil olması, 12 milyard 900 milyon manatınsa xərclənməsi nəzərdə tutulur. Açıqlanan göstəricilərdən aydın olur ki, ADNF-nin gələnilki gəlirləri bu ilin gözlənilən gəlirləri ilə müqayisədə (18.8 milyard manat) xeyli az olacaq.

Dövlət Neft Fondunun gözlənilən builki gəlirləri ilin əvvəlində fondun təsdiqlənmiş büdcəsindəki gəlirlərdən iki dəfə çox olacaq. Fonda daxil olması gözlənilən gəlirlərin ilkin proqnozdan iki dəfə çox olmasının səbəbi xam neft qiymətlərinin gözləniləndən çox olması, eləcə də fondun idarəetməsində olan vəsaitin gəlirlilik faizinin yüksəlməsidir. Nəzərə almaq lazımdır ki, gözlənilən gəlirlərdəki artım "Azəri"-"Çıraq"-"Günəşli" yataqları üzrə neft hasilatının azaldığı, "Şahdəniz" qaz yatağında isə olduğu kimi qaldığı bir şəraitdə baş verib. 2023-cü ildə neftin orta mədaxil qiymətinin 60 dollar olması proqnozlaşdırılsa da, ilin ilk doqquz ayında bu göstərici 78.6 dollar olub.

Bəs neft gəlirlərinin azalması ölkədə hansı sahələrdə mənfi təsirini göstərəcək?

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a bildirib ki, Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinin azalması gözlənilən idi:

"Son zamanlar neft hasilatı kəskin düşüb. Neft hasilatının hər il düşməsi və neft qiymətlərinin də gözlənilənin altında qalması mümkündür. Çünki keçən il neft qiymətləri ortalama çox yüksək oldu. Bu il aşağı oldu, gələn il isə ümumiyyətlə daha da aşağı olması gözlənilir. Gələn il neftin qiymətinin 70 dollar civarında olması böyük şeydir. Hətta 70-60 dollardan da aşağı qiymətlər proqnozlaşdırılır”.

Ekspert qeyd edib ki, bizdə benzinin qiymətini dövlət tənzimlədiyinə görə, bunun neft qiymətləri ilə birbaşa əlaqəsi yoxdur. Onun sözlərinə görə, benzinin qiyməti də tarif şürası tərəfindən tənzimləndiyin üçün neftin qiyməti dünyada 40 dollar olanda da bizdə benzinin qiymətini bəzi hallarda qaldırıblar: "Buna görə də bunun benzinlə birbaşa əlaqəsi yoxdur. Benzin də, neft də öz istehsalımızdır. Sadəcə biz premimum markalı benzini xaricdən gtiririk. Bu zaman əksinə qiymət ucuzlaşacaqsa, premium markalı benzinin də qiyməti ucuzlaşmalıdır. Zatən indi də Azərbaycanda bu benzinin qiyməti olduqca bahadır”.

Premium markalı benzin dünyada daha da uzuclaşıb, buna görə də Azərbaycanda da ucuzlaşması gözlənilir. Ona görə də bizdə benzinin qiyməti hökumətdən asılıdır. Hökumət nə qərar versə, o olacaq – deyə Natiq Cəfərli əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ