Katarakt

Sürücülərə xəbərdarlıq - Bu halda 50 AZN cərimələnə bilərsiniz

SOSİAL
18:15 17.06.2021
526
Cəlilabadda atmosferi çirkləndirən nəqliyyat vasitələri aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZXEBER.COM-a məlumat verilib.

Bildirilib ki, respublika ərazisində keçirilən "Təmiz hava” aylığı çərçivəsində Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayonda nəqliyyatın sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirlər təşkil olunub.

Əsas məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması olub. Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və diqqətə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrini istismar etməlidirlər.

Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.

Qeyd edək ki, əgər mühərrik işlək vəziyyətdə olarkən ətrafa atılan dəm qazının tərkibində normadan artıq karbon oksidinin olması müəyyən olunarsa, sürücü 50 AZN cərimələnir.

OXŞAR XƏBƏRLƏR