Sürücülərin diqqətinə: Sürət həddi endirildi

Sürücülərin diqqətinə: Sürət həddi endirildi
SOSİAL
11:35 18.12.2018
2952
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar avtomagistrallarda sürət həddi aşağı endirilib.

BNA-dan AZXEBER.COM-a daxil olan məlumata görə, Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.
OXŞAR XƏBƏRLƏR