Sürücülərin nəzərinə - Aeroporta gedən yol bağlanır

Sürücülərin nəzərinə - Aeroporta gedən yol bağlanır
SOSİAL
15:02 29.03.2017
1104
Bu gün axşam saatlarınadək "Hava limanı” yol qovşağından "Mərdəkan” yol qovşağınadək olan hissədə yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR