Sürücülərin nəzərinə! Bu ərazilərdə hərəkət məhdudlaşdırılır

Sürücülərin nəzərinə! Bu ərazilərdə hərəkət məhdudlaşdırılır
SOSİAL
11:53 08.05.2020
1018
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində bu gündən başlayaraq hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZXEBER.COM-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.
OXŞAR XƏBƏRLƏR