Sürücülərin nəzərinə! - Bu küçələrə də maşınla girişə qadağa qoyulur

Sürücülərin nəzərinə! - Bu küçələrə də maşınla girişə qadağa qoyulur
SOSİAL
10:58 14.03.2024
232
Martın 17-dən həftəsonları Bakıda Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

AZXEBER.COM bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək.

Bununla bağlı AYNA layihə hazırlayaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura şəhərin mərkəzi küçələrinin həftəsonları piyadalaşdırılması ilə bağlı qərar qəbul edib.

Belə ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq. "AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana biləcəklər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınacaq və onlar əraziyə buraxılacaqlar.

Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən olacaq.

Məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaları üçün ərazidə yaşayan sakinlərə "AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə olunur.

Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir.

Bakı şəhərinin mərkəzi hər zaman sakinlərin və qonaqların ən sıx ziyarət etdikləri məkandır. Həftəsonları isə piyadaların sayı dəfələrlə artır. Ərazidə böyük piyada axınının müşahidə edilməsi burada təhlükəsiz istirahət zonasının yaradılmasını zəruri edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb